Təcili tibbi yardım həkimi - VAKANSIYA

Təcili tibbi yardım həkimi - VAKANSIYA

SOSİUM
454

Fins.az - Medco Hospital Group vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Hava limanında fəaliyyət göstərən tibb məntəqəsində ilkin tibbi yardım göstərə bilmək;

  • Təxirəsalınmaz tibbi yardımı həyata keçirmək, zəruri hallarda xəstəni müvafiq xəstəxanaya yönləndirmək;

  • Qan təzyiqi, nəbz, temperatur və digər ilkin göstəriciləri ölçmək, klinik vəziyyəti qiymətləndirmək;

  • Tibb məntəqəsində istifadə olunan avadanlıq və dərman ehtiyatının qeydiyyatını aparmaq, ehtiyatları nəzarətdə saxlamaq;

  • Sanitariya-gigiyena, aviasiya mühiti üçün spesifik tibb prosedurlarına riayət etmək;

  • Tibb məntəqəsinin gündəlik fəaliyyətində qeydiyyat aparmaq, pasiyent məlumatlarını sistemləşdirmək.

Tələblər:

  • Ali tibbi təhsili (Müalicə işi, Terapevt, Anestezioloq-Reanimatoloq)

  • Minimum 1–2 il təcili yardım üzrə iş təcrübəsi;

  • İngilis dili biliyi mütləq, Rus dili biliyi üstünlükdür;

  • Yüksək ünsiyyət bacarığı, stress altında çevik işləmə qabiliyyəti.

  • Dəyişkən iş qrafiki (növbəli iş, gecə növbələri) üçün hazır olmalı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

  • İş qrafiki: Növbəli (gecə-gündüz) 

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Təcili tibbi yardım həkimi” qeyd edərək CV- nizi elektron poçt ([email protected]) ünvanına göndərə bilər. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təcili tibbi yardım həkimi - VAKANSIYA — Fins.az — Fins.az