STS Transport Logistika üzrə Mütəxəssis vakansiyası

STS Transport Logistika üzrə Mütəxəssis vakansiyası

SOSİUM
231

Logistika üzrə Mütəxəssis

STS Transport MMC beynəlxalq yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən şirkətdir. Komandamıza məsuliyyətli, diqqətli və inkişaf etməyə həvəsli Logistika üzrə Mütəxəssis axtarırıq.

İş şəraiti:

İş yeri: Xətai rayonu.

İş qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00

Əməkhaqqı: 550 – 700 AZN

Mehriban və peşəkar iş mühiti.

Əsas vəzifə öhdəlikləri:

Beynəlxalq yükdaşımaları üzrə gündəlik əməliyyatların və sifarişlərin təqibini həyata keçirmək;

Daşınma prosesinə dair sənədləri hazırlamaq və düzgün şəkildə rəsmiləşdirmək;

Yerli və xarici tərəfdaşlarla yazışmaları aparmaq və daxil olan e-mailləri operativ cavablandırmaq;

Daşıma prosesinin bütün mərhələlərini izləmək və müvafiq hesabatlılığı təmin etmək;

Logistika əməliyyatları ilə bağlı məlumatların sistemə daxil edilməsi və sənəd dövriyyəsinin idarə olunmasında iştirak etmək;

Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə tələblər:

Ali və ya orta ixtisas təhsili;

Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək;

Microsoft Office proqramlarında, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;

Rəqəmlərlə işləmək bacarığı və analitik düşüncə;

Güclü ünsiyyət, təşkilatçılıq və yazışma bacarıqları;

Məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı;

Logistika sahəsində təcrübə üstünlük hesab olunur.

Müraciət etmək üçün: 050 255 38 83, [email protected]

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
STS Transport Logistika üzrə Mütəxəssis vakansiyası — Fins.az — Fins.az