Sığorta mütəxəssisi - VAKANSİYA

Sığorta mütəxəssisi - VAKANSİYA

SOSİUM
341

Fins.az - SwissDent vakansiya elan edir.


İş barəsində: 

  • Sahəsi üzrə xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması

  • Tibbi sığorta ilə bağlı müraciətlərin cavablandırılması

  • Müraciətçilərin və müraciətlə bağlı məlumatlarının elektron sistemə daxil edilməsi

  • İş prosesində yaranmış sualların cavablandırılması, ehtiyac olduğu təqdirdə sığorta kuratoru ilə əlaqənin yaradılması

  • İş prosesində və sonrasında sığortalı pasiyentlərlə maraqlanmaq, yaranmış hər hansı çətinlikdə dəstək vermək

  • Sığorta şirkətləri ilə danışıqların aparılması, əlaqələrin qurulması və saxlanılması

  • Sığorta ödəmələrinin təmin edilməsi 

  • Sığortalı pasiyentlərə xidmətin artırılması üçün tədbirlərin görülməsi 

  • İşi ilə bağlı periodik hesabatların hazırlanması 

Tələblər: 

  • Ali təhsil

  • Əlaqədar sahədə təcrübəsi olanlara üstünlük veriləcək

  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı

  • Azərbaycan dilində səlis danışıq, Rus dili arzu olunandır

  • Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə) 

  • Təşkilatçılıq və problem həll etmə bacarığı, komandada işləmə qabiliyyəti 

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]@swissdent.az) ünvanına mövzu hissəsinə “Sığorta mütəxəssisi” yazmaqla göndərə bilərlər

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az