Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqqı artırıldı

Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqqı artırıldı

SOSİUM
657

Finss.az - Azərbaycanın elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, 2022-2024-cü illərdə 65 minə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş 55 min müəllimin 38 mininin əməkhaqqına 10%, 17 mininin isə 35% əlavə edilib.

Nəticədə, əməkhaqqına 10% əlavə edilən müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, 35% əlavə edilənlərin isə 1295 manat olub.

Cari ildə əlavə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır və bunun üçün 154.4 milyon manat vəsait ayrılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqqı artırıldı — Fins.az — Fins.az