Sentyabr ayında Bakı metropolitenindən 18 milyon 343 min 214 sərnişin istifadə edib

Sentyabr ayında Bakı metropolitenindən 18 milyon 343 min 214 sərnişin istifadə edib

SOSİUM
1,375

2023-cü ilin sentyabr ayında Bakı metropolitenindən 18 milyon 343 min 214 sərnişin və yaxud gün ərzində orta statistik hesabla 611 min 440 sərnişin istifadə edib. Ən çox sərnişin sentyabr ayının 19-da (768 min 655), ən az isə ayın 3-də (355 min 508) daşınıb.

Fins.az xəbər verir ki, “COVID-19” pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5.6 faiz az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 0.1 faiz çox və yaxud 7 min 97 nəfər artıq sərnişin metropolitenə daxil olub.

2023-cü ilin 9 ayı ərzində metropolitenin daşıdığı sərnişin sayı 156 milyon 790 min 534 sərnişin təşkil edib. Bu, 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq, 7.6 faiz az və 6.9 faiz çox deməkdir.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sentyabr ayında Bakı metropolitenindən 18 milyon 343 min 214 sərnişin istifadə edib — Fins.az — Fins.az