
Sənədlərə nəzarət üzrə mütəxəssis - VAKANSİYA
Fins.az - Amina and S Group vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
Sənədlərə effektiv nəzarətin təmin edilməsi məqsədilə Sənəd İdarəetmə Sisteminin tətbiqi və gündəlik fəaliyyətinin dəstəklənməsi;
Mühəndislik çertyojları və prosedurlar daxil olmaqla layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi;
Sifarişçi rəylərinin qəbul edilməsi və aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
Sifarişçi ilə Podratçı arasında sistemli sənəd mübadiləsinin həyata keçirilməsi, idarə olunması və nəzarət edilməsi;
Məktublar, Texniki Sorğular (TQ) və İclas Protokolları (MOM) daxil olmaqla layihə sənədlərinin göndərilməsi və qeydiyyatının səmərəli şəkildə idarə olunması;
Layihənin bütün mərhələlərində sənəd nəzarəti sisteminin effektiv fəaliyyətinin təmin edilməsi;
Dizayn və mühəndislik mərhələlərində bütün layihələr üzrə sənəd nəzarəti prosedurları və standartlarının tətbiqinə və onlara uyğunluğun təmin edilməsinə dəstək göstərilməsi;
Gecikmiş sənədlərin izlənilməsi və cavabdeh mühəndislər tərəfindən tapşırıqların müəyyən olunmuş müddətlərdə tamamlanmasının təmin edilməsi;
Sənəd versiyalarına nəzarətin təmin edilməsi və dəyişikliklərin izlənilməsi;
Sənədlərin identifikasiyasının və standart şablonlara, eləcə də formatlara uyğunluğunun təmin edilməsi;
Sifarişçi auditləri zamanı sənəd nəzarəti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, uyğunluğun və proses səmərəliliyinin artırılmasına töhfə verilməsi;
Layihə sənədlərinin layihənin başlanğıcından bağlanış mərhələsinə qədər idarə olunması;
Layihənin təhvil-təslim prosesinin hazırlanması və icrası, bütün sənədlərin sifarişçiyə və ya növbəti layihə mərhələsinə tam və düzgün şəkildə ötürülməsinin təmin edilməsi;
Layihə sənədlərinin saxlanılması, arxivləşdirilməsi və layihənin bağlanış prosesinin təşkilinin həyata keçirilməsi;
Sənəd dövriyyəsinin uçot və nəzarət işinin təşkili, sənədlərin icra prosesi və müddətlərinə nəzarət edilməsi, uyğunsuzluq halları barədə rəhbərliyin məlumatlandırılması;
Sənədlərin təhlükəsizliyinin ehtiyat nüsxələrin saxlanılması və arxivləşdirmə vasitəsilə təmin edilməsi;
Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların düzgün və aktual şəkildə təsnifləşdirilməsinin, həmçinin dövriyyədə olan sənədlərlə bağlı məlumatların düzgün ötürülməsi və qəbul edilməsinin təmin edilməsi.
Tələblər:
Ali təhsil;
Qeyd olunan sahədə azı 2-4 il iş təcrübəsi;
Azərbaycan dili əla, İngilis dili səlist bilməli;
Yaş həddi: 25-45;
MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
İş şəraiti:
Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
Həftədə 2 gün istirahət.
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron ([email protected]) ünvanına göndərə bilərlər.