Satış üzrə mütəxəssis - VAKANSİYA
Fins.az - Çinarlı Park MTK vakansiya elan edir.
İş şəraiti
İş yeri: Dərnəgül metrosunun yaxınlığı
İş qrafiki: 6 günlük iş həftəsi
İş saatları: 09:00 – 18:00
Tələblər:
Satış sahəsində iş təcrübəsi mütləqdir;
MTK və ya daşınmaz əmlak sahəsində satış təcrübəsinin olması arzuolunandır;
Yüksək ünsiyyət və təqdimat bacarıqları;
Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Müştərilərə layihələr və mənzillər barədə ətraflı məlumat vermək;
Satış prosesini effektiv şəkildə həyata keçirmək;
Potensial müştərilərlə əlaqələrin qurulması və idarə edilməsi;
Satış hesabatlarının hazırlanması.
Şirkət təklif edir:
Stabil iş mühiti;
Karyera inkişafı imkanı;
Peşəkar komandada çalışma imkanı.
Əməkhaqqı: Namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd olunması xahiş olunur.