
Satış Mütəxəssisi vakansiyası
Satış Mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Villa və bağ evlərinin kirayəsi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi və cavablandırılması;
- Günlük kirayə verilən villa və bağ evlərinin villarent.az platformasında yerləşdirilməsi;
- Əmlak sahiblərinə şirkətin xidmətləri barədə ətraflı məlumat verilməsi;
- Müvafiq elan saytlarında və platformalarında elanların yerləşdirilməsi, yenilənməsi və idarə olunması;
- Müştərilərlə telefon, e-mail və sosial şəbəkələr vasitəsilə operativ əlaqənin qurulması;
- Müştərilərin tələblərinə uyğun villa və bağ evlərinin təklif olunması;
- Satış və rezervasiya prosesinin idarə edilməsi;
- İş saatlarından sonra sosial şəbəkələr və telefon vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
- Bölgələrə səyahət edən şəxslərin müəyyənləşdirilməsi və onların ehtiyaclarına uyğun yaşayış məkanlarının təklif edilməsi.
Tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Daşınmaz əmlak və ya turizm sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə;
- Kompüter bilikləri: Microsoft Office proqramları;
- Sosial media platformalarından sərbəst istifadə bacarığı;
- Ünsiyyət, satış və təqdimat bacarıqları.
İş şəraiti:
- İş yeri: Koroğlu m. st. yaxınlığı;
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 500 AZN + satışdan bonuslar.
Müraciət qaydası:
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya + 994 10 236 66 18 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
