
Satınalma üzrə Mütəxəssis (İT avadanlıqları üzrə) - VAKANSİYA
Fins.az - İnnovativ Layihələr Mərkəzi vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Bazar araşdırımasının aparılması və yeni təchizatçılarıın araşdırılması;
Ən uyğun qiymət və şərtlərin əldə olunması məqsədilə danışıqların aparılması;
Malların və xidmətlərin müqavilə şərtlərinə uyğun şəkildə çatdırılmasının izlənməsi;
Təchizatçıların fəaliyyətini qiymətləndirilməsi və məlumat bazasının formalaşdırılması;
Satınalma üzrə müqavilələrin hazırlanmasında operativ həllərin təmin edilməsi;
Satınalma sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsinin həyata keçirilməsi;
Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
Tender sənədlərinin hazırlanması və düzgünlüyünün yoxlanılması;
Zəmanət və Servis şərtlərinə nəzarət olunması;
Alınan məhsulların spesifikasiyalara uyğunluğunun yoxlanılması;
Hesabatlar hazırlayaraq rəhbərliyə təqdim olunması.
Tələblər:
Elektron satınalma sistemi ilə işləmək bacarığı;
Təcrübə: Satınalma sahəsində minimum 2- 3 il iş təcrübəsi;
Dil biliyi: İngilis dili və Rus dili biliyi;
Qrafik: Saat 09:00-18:00 olmaqla, 5günlük iş qrafiki.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində vakansiya adını qeyd etməklə, pdf şəklində göstərilən mail ([email protected]) ünvanına göndərə bilər.