
SAT Verbal (Reading & Writing) Müəllimi Vakansiyası
Vakansiya: SAT Verbal Müəllimi (Reading & Writing)
Təhsil sahəsində fəaliyyət göstərən komandamız SAT Verbal (Reading & Writing) istiqaməti üzrə peşəkar və nəticəyönümlü müəllim axtarır.
İş şəraiti:
- Ünvan: Caspian Plaza, Bakı şəhəri;
- İş qrafiki: Full-time;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Vəzifə öhdəlikləri:
- SAT Verbal (Reading & Writing) proqramının tədris edilməsi;
- Tələbələrə test strategiyalarının və vaxtın idarə olunması bacarıqlarının öyrədilməsi;
- Tələbələrin akademik göstəricilərinin mütəmadi izlənilməsi və fərdi inkişaf planlarının hazırlanması;
- Sınaq imtahanlarının təşkili, nəticələrin təhlili və rəy bildirilməsi;
- Dərslərin interaktiv və tələbəyönümlü metodlarla keçirilməsi;
- Tədris planlarının hazırlanması və icrası;
- Dərs hesabatlarının və jurnallarının aparılması.
Namizədə tələblər:
- Ali təhsil (pedaqoji ixtisas üstünlük hesab olunur);
- SAT Verbal (Reading & Writing) üzrə yüksək nəticə və ya müvafiq tədris təcrübəsi;
- Minimum 1 il müəllimlik və ya SAT hazırlığı sahəsində iş təcrübəsi;
- TESOL, CELTA və digər beynəlxalq sertifikatların olması üstünlükdür;
- Müxtəlif yaş qrupları ilə işləmək bacarığı;
- Rus dili biliyi mütləqdir;
- Şəxsi noutbukun olması tələb olunur;
- Güclü ünsiyyət, təqdimat və motivasiya bacarıqları.
Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və artım imkanları;
- Peşəkar inkişaf və təlim imkanları;
- Uzunmüddətli əməkdaşlıq perspektivi;
- Müasir və komfortlu iş mühiti;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafikinə uyğun uzaqdan işləmə imkanı;
- Müraciətlərin məxfiliyinə tam təminat.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 01.08.2026
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
