Sabaha olan HAVA PROQNOZU

Sabaha olan HAVA PROQNOZU

SOSİUM
402

Bakı, 18 noyabr Fins.az 

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə  sütunu, nisbi rütubət  gecə 70-80,

gündüz 55-60 faiz təşkil edəcək. 

 Noyabrın 19-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 3-6,  gündüz 6-9, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-6 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabaha olan HAVA PROQNOZU — Fins.az — Fins.az