Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

SOSİUM
955

Fins.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında  Fevralın 18-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  8-10, Bakıda  gecə 3-5,  gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında Fevralın 18-də hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək.Havanın temperaturu  gecə  1-6 , gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz  Fevralın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabaha olan hava proqnozu — Fins.az — Fins.az