Sabaha olan HAVA PROQNOZU

Sabaha olan HAVA PROQNOZU

SOSİUM
823

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman  olacaq. Mülayim şimal-qərb küləyi   gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 12-15° isti, gündüz  18-21° isti olacaq. Bakıda  gecə 13-15° isti, gündüz  19-21° isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək. 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz  13-18°  isti olacaq.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabaha olan HAVA PROQNOZU — Fins.az — Fins.az