Sabaha olan HAVA PROQNOZU

Sabaha olan HAVA PROQNOZU

SOSİUM
414

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq. 

Oktyabrın 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz  8-11 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz.

Oktyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabaha olan HAVA PROQNOZU — Fins.az — Fins.az