Sabaha olan HAVA PROQNOZU

Sabaha olan HAVA PROQNOZU

SOSİUM
388

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-şərq küləyi əsəcək.

 Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz təşkil edəcək. 

Oktyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  12-16 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabaha olan HAVA PROQNOZU — Fins.az — Fins.az