Sabah yağış yağacaq

Sabah yağış yağacaq

SOSİUM
570

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Arabir güclənən şmal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabah yağış yağacaq — Fins.az — Fins.az