Sabah Bakıda 29, rayonlarda 36 dərəcəyədək isti olacaq – HAVA PROQNOZU

Sabah Bakıda 29, rayonlarda 36 dərəcəyədək isti olacaq – HAVA PROQNOZU

SOSİUM
448

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 26-31, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 20-də gündüz Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabah Bakıda 29, rayonlarda 36 dərəcəyədək isti olacaq – HAVA PROQNOZU — Fins.az — Fins.az