Sabah 28 dərəcə isi olacaq – HAVA PROQNOZU

Sabah 28 dərəcə isi olacaq – HAVA PROQNOZU

SOSİUM
766

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 13-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi  arabir  güclənəcək.

Havanın temperaturu  gecə 10-14° isti, gündüz  19-23° isti,

Bakıda  gecə 12-14° isti, gündüz  20-22° isti olacaq.

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 758  mm civə sütununa enəcək. 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz

Mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 7-12° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15°  isti olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabah 28 dərəcə isi olacaq – HAVA PROQNOZU — Fins.az — Fins.az