
Reklam şöbəsinə Aparıcı mütəxəssis / Baş mütəxəssis - VAKANSİYA
fins.az - Bank Respublika ASC Reklam şöbəsinə Aparıcı mütəxəssis / Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Təsvir
Bankın outdoor reklam materialları (lövhə, vitrin, fasad və s.) üzrə işlərin planlaşdırılması və icrası
Bankın filiallarının daxili və xarici tərtibat işlərinin təşkili və monitorinqi
Çap və nəşriyyat materiallarının hazırlanması, icrası və keyfiyyət monitorinqi
Poster, banner, flayer, buklet və digər reklam materialları ilə iş
Cari bazar vəziyyətinin və reklam aktivliklərinin monitorinqi
Reklam tədbirləri və promo aksiyaların təşkili və keçirilməsində iştirak
Reklam vasitələrinin seçilməsi və idarə olunmasında iştirak
Çap müəssisələri, reklam istehsalçıları və podratçı şirkətlərlə işin təşkili
Tələblər
Marketinq, iqtisadiyyat, biznes idarəçiliyi və ya müvafiq sahə üzrə ali təhsil
Reklam, marketinq, çap və ya nəşriyyat sahəsində minimum 2 il iş təcrübəsi
Çap materialları üzrə texniki biliklər (ölçü, bleed, kağız növləri, rəng anlayışı)
Outdoor və inhouse reklam işləri üzrə praktiki təcrübə
Dizayn proqramları ilə işləmək bacarığı (Adobe Photoshop, Adobe Illustrator, CorelDRAW)
Azərbaycan dili – səlis, rus dili – sərbəst (ingilis dili üstünlükdür)
Yaradıcı yanaşma, yüksək ünsiyyət və komandada işləmək bacarığı
Məsuliyyətlilik, dəqiqlik və deadline-larla işləmək vərdişi
Bank və ya maliyyə sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük verilir
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
Təcrübə 1-2 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Bakalavr