Qurban bayramı ilə bağlı pensiya və sosial ödənişlərlə bağlı açıqlama

Qurban bayramı ilə bağlı pensiya və sosial ödənişlərlə bağlı açıqlama

SOSİUM
630

Fins.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qurumdan bildirilib ki, mayın 27-28-i Qurban bayramı günləri olsa da, pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi hər ay olduğu kimi ayın 27-dək olan dövrdə tam yekunlaşır.

Nazirlik qeyd edib ki, bu səbəbdən sosial ödənişlərin vaxtından əvvəl verilməsi və ya əlavə ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır.

Beləliklə, vətəndaşlara pensiya və sosial ödənişlər mövcud qrafik əsasında təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qurban bayramı ilə bağlı pensiya və sosial ödənişlərlə bağlı açıqlama — Fins.az — Fins.az