Qubada Baş Mühasib vakansiyası

Qubada Baş Mühasib vakansiyası

SOSİUM
138

Vakansiya: Baş Mühasib – Quba

Əmək haqqı: 2500+ AZN (təcrübəyə görə dəyişə bilər)

 

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin bütün maliyyə və mühasibat əməliyyatlarının uçotunun aparılması;

- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təqdim olunması;

- Vergi bəyannamələrinin, sosial ödənişlərin və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlanması;

- Aktivlərin (əmlak, inventar və s.) uçotunun aparılması;

- Şirkətin illik büdcəsinin hazırlanması və icrasının izlənməsi;

- Xərclərin optimallaşdırılması və maliyyə risklərinin müəyyən edilməsi;

- Maliyyə analizlərinin aparılması və rəhbərliyə qərarvermədə dəstək;

- Daxili nəzarət və audit proseslərinin həyata keçirilməsi;

- Mühasibatlıq komandasının idarə olunması, iş bölgüsünün təşkili, keyfiyyətə nəzarət və yeni əməkdaşların təlimi.

 

Tələblər:

- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə);

- Minimum 3–5 il iş təcrübəsi (Baş Mühasib və ya oxşar vəzifədə);

- Vergi və mühasibat uçotu üzrə dərin biliklər;

- Maliyyə hesabatlarının hazırlanmasında təcrübə;

- Kompüter bacarıqları: 1C, SAP, QuickBooks, Oracle Financials, MS Excel;

- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili üstünlükdür;

- Analitik düşüncə, məsuliyyətlilik və liderlik bacarıqları;

- İlk tibbi yardım, yanğın təhlükəsizliyi və iş yerlərində risklərin qiymətləndirilməsi üzrə biliklər arzuolunandır.

 

Biz nə təklif edirik?

- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

- Peşəkar və dinamik komanda ilə çalışma mühiti.

Uyğun namizədlər CV-lərini [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qubada Baş Mühasib vakansiyası — Fins.az — Fins.az