Qəza komissarı - VAKANSİYA

Qəza komissarı - VAKANSİYA

SOSİUM
285

Fins.az - Xalq Sığorta vakansiya elan edir.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

  • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

  • B kateqoriyalı sürücülük vəsiqəsi;

  • Ünsiyyət qurmaq bacarığı;

  • Κomandada işləmək bacarığı;

  • Məsuliyyətli;

  • Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;

  • Baş vermiş hadisə yerinə operativ çıxışın həyata keçirilməsi, iştirakçılar barədə məlumatların toplanması, hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması və bütün materialların müvafiq proqram təminatına yüklənilməsi;

  • Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər aidiyyəti qurumların əməkdaşlarının gəlməsinin təşkili;

  • Yol-nəqliyyat hadisələrinə baxışın keçirilməsi, qəzanın yerində araşdırılması, sığorta dələduzluğu faktı, kənar izlər və şübhəli hallar müşahidə olunduqda araşdırma prosesinin aparılması;

  • Hadisə ilə bağlı proqram təminatında sorğunun yaradılması və qiymətləndirmə üçün məsul funksiyaya yönəldilməsi.

Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

  •  İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24

  •  Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır

  •  İmtiyazlar: Könüllü tibbi sığorta;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Qəza komissarı) qeyd edərək, elektron ([email protected]) ünvanına göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qəza komissarı - VAKANSİYA — Fins.az — Fins.az