Qarabağ və Şərqi Zəngəzurda yaşayanların sayı açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda yaşayanların sayı açıqlanıb

SOSİUM
206

2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərə 15 781 nəfərdən ibarət 3 893 ailə köçürülüb.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunur ki, köçürülmə prosesi müxtəlif şəhər, qəsəbə və kəndləri əhatə edib. Belə ki, Cəbrayıl şəhərinə 376 ailə (1704 nəfər), Şuşa şəhərinə 8 ailə (23 nəfər), Xocalı şəhərinə 68 ailə (323 nəfər), Kəlbəcər şəhərinə 108 ailə (450 nəfər), Füzuli şəhərinə 1 ailə (5 nəfər), Laçın şəhərinə 37 ailə (155 nəfər), Ağdam şəhərinə 103 ailə (405 nəfər) köçürülüb.

Eyni zamanda, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 122 ailə (513 nəfər), Hadrut qəsəbəsinə 48 ailə (186 nəfər), Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) yerləşdirilib.

Kəndlər üzrə köçürülmə prosesi də davam etdirilib. Xocalı rayonunun Ballıca kəndinə 191 ailə (787 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Daşbulaq kəndinə 35 ailə (138 nəfər), Seyidbəyli kəndinə 59 ailə (216 nəfər) köçürülüb.

Ağdərə rayonunun Həsənriz kəndinə 255 ailə (989 nəfər), Suqovuşan kəndinə 180 ailə (592 nəfər), Kolatağ kəndinə 33 ailə (120 nəfər), Vəngli kəndinə 137 ailə (535 nəfər) yerləşdirilib.

Ağdam rayonunun Sarıcalı kəndinə 188 ailə (785 nəfər), Kəngərli kəndinə 283 ailə (1206 nəfər), Xıdırlı kəndinə isə 649 ailə (2571 nəfər) köçürülüb.

Laçın rayonunun Bəylik kəndinə 89 ailə (363 nəfər), Xocavənd rayonunun Sos kəndinə 85 ailə (360 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 51 ailə (137 nəfər), Məmmədbəyli kəndinə 132 ailə (653 nəfər), Cəbrayıl rayonunun Horovlu kəndinə isə 191 ailə (762 nəfər yerləşdirilib.

Hesabatda bildirilir ki, hazırda işğaldan azad edilmiş ərazilərdə artıq 30 minə yaxın köçkün evlərlə təmin edilərək yaşayır. Ümumilikdə isə 74 750 nəfər bu ərazilərdə yaşayaraq tikinti, dövlət qurumları və digər sahələrdə müxtəlif vəzifələrdə çalışır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...