İT Project Manager - VAKANSİYA

İT Project Manager - VAKANSİYA

SOSİUM
341

Fins.az - Xalq Sığorta vakansiya elan edir.

Namizədə dair tələblər:

  • Ali təhsil (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, biznes analitikası və s. əlaqəli ixtisaslar üzrə);

  • İT layihə idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi;

  • Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Waterfall) barədə biliklər;

  • Analitik düşüncə və problemlərin həlli bacarığı;

  • Layihə planlaması, büdcə və resursların idarə edilməsi bacarığı;

  • Prioritetləri düzgün təyin etmə bacarığı;

  • PMP, Scrum Master və ya digər layihə idarəetmə sertifikatların olması üstünlükdür;

  • Komandada işləmək bacarığı və məsuliyyətlilik;

Vəzifə öhdəlikləri:

  • Layihənin məqsədlərini və icra strategiyasını müəyyən etmək;

  • Tapşırıqların icrasına nəzarət edərək komandanı koordinasiya etmək;

  • Layihənin gedişatını izləyərək riskləri idarə etmək;

  • Maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və hesabatlar hazırlamaq;

  • İT layihələrin planlaşdırılması, idarə edilməsi və koordinasiyasını həyata keçirmək;

  • Layihə resurslarını və büdcəni səmərəli idarə etmək.

  • İT layihələrin idarə edilməsi üzrə yeni yanaşmaların, o cümlədən layihələrin idarə edilməsi sisteminin tətbiq edilməsini təşkil etmək; 

  • Layihə nəticələrinin keyfiyyətini və etibarlılığını təmin etmək üçün test strategiyalarının hazırlanmasında iştirak edir;

  • Layihələr üzrə dəyişiklik tələbləri, eləcə də risklərin idarə edilməsini həyata keçirmək.

Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

  •  İş yeri: Bakı şəhəri 

  •  İmtiyazlar: Könüllü tibbi sığorta

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İT Project Manager) qeyd edərək, elektron ünvanına ([email protected]) göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İT Project Manager - VAKANSİYA — Fins.az — Fins.az