
Pensiyalar ödənildi - DSMF
Fins.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də bir sıra ərazilər üzrə pensiya ödənişləri həyata keçirilib.
Məlumata görə, Bakı, Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə bu ayın pensiyaları artıq vətəndaşların hesablarına köçürülüb.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri də bu ay müəyyən edilmiş qrafik üzrə davam etdiriləcək.