Paytaxtda daha bir avtobus “BakıKart”a keçir

Paytaxtda daha bir avtobus “BakıKart”a keçir

SOSİUM
612

Sabahdan paytaxtda 204 nömrəli marşrut xətti üzrə (“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin “Sovxoz” adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Paytaxtda daha bir avtobus “BakıKart”a keçir — Fins.az — Fins.az