Pandemiyaya görə avtobus və taksilərdən istifadə edənlərin sayı kəskin azalıb

Pandemiyaya görə avtobus və taksilərdən istifadə edənlərin sayı kəskin azalıb

SOSİUM
369

Bakı, 19 noyabr Fins.az 

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında avtobuslarla 907 156,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 1 414 340,2 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 35 984,6 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 39,9% azdır. 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 59 917,1 min nəfər istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 943,1 mln. sərnişin daşınıb (36% azalma).

Xatırladaq ki, sözügedən azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pandemiyaya görə avtobus və taksilərdən istifadə edənlərin sayı kəskin azalıb — Fins.az — Fins.az