Pandemiya dövründə hüquqşünaslara ən çox nədən şikayət olunub?-AÇIQLAMA

Pandemiya dövründə hüquqşünaslara ən çox nədən şikayət olunub?-AÇIQLAMA

SOSİUM
1,728

Pandemiya döründə hüquq məsləhətçiləri, vəkillərə edilən müraciətlərin mövzusu və dinamikası və cəmiyyət üçün maraq kəsb edən sahələrdən biridir. Vəkil Roman Qaraşov pandemiya dövründə vətəndaşlar tərəfindən daxil olan müraciətlər barədə fins.az-a məlumat verərək bildirib ki,pandemiya dövründə inzibati cərimələrin tətbiqi ilə bağlı müraciətlərin sayı artıb. Belə ki, pandemiya dövründə tətbiq edilən kanatin rejiminin pozulması halları  ilə əlaqədar tətbiq edilən inzibati cərmələrlə bağlı ayrı-ayrı şəxlər tərəfindən müraciətlərin sayı çoxalmışdır. Bundan başqa kredit ödənişləri ilə bağlı məhkəmələrə müraciətlərin sayında sentyabr ayı ərzində azalma müşahidə edilirdi. Bu bankların pandemiya ilə əlaqədar kredit götürənlərə güzəştlər tətbiq etməsi ilə bağlıdır.

Cəmiyyətdə pandemiya dövründə karantin tədbirləri çərşivəsində insanların təcrid olunması məqsədi ilə evdə oturması  ailə münaqişələrinin eyni zamanda boşanmaların sayının artmasına gətirib çıxarmağı ilə bağlı tendensiya var idi. Vəkil Roman Qaraşov bu tendensiyanın yayılmasına toxunaraq qeyd edib ki, pandemiya dövründə boşanmaların sayında ən-ənəvi dinamikada müşahidə edilib. Belə ki, boşanma sayı pandemiya dövründə də həmişəki kimi çox olub.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pandemiya dövründə hüquqşünaslara ən çox nədən şikayət olunub?-AÇIQLAMA — Fins.az — Fins.az