Ötən il Azərbaycanda 47 təhsil müəssisəsinin tikinti-quraşdırılması həyata keçirilib

Ötən il Azərbaycanda 47 təhsil müəssisəsinin tikinti-quraşdırılması həyata keçirilib

SOSİUM
298

2025-ci ildə Azərbaycanda təhsil sahəsində infrastrukturun gücləndirilməsi məqsədilə 47 təhsil müəssisəsinin tikinti-quraşdırılma işləri həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında yer alıb.

Hesabata əsasən, işləri yekunlaşmış 20 müəssisədən 3-ü peşə təhsili, 3-ü məktəbdənkənar təhsil, 1-i məktəbəqədər və 13-ü ümumi təhsil müəssisəsi olub.

Davam edən və yeni layihələr

27 təhsil müəssisəsində tikinti işləri hələ də davam edir. Eyni zamanda, 38 yeni təhsil müəssisəsi tikilib və burada əlavə korpuslar inşa olunub. 9 müəssisədə əsaslı təmir aparılıb.

Layihələndirmə işlərinə gəldikdə isə, 11 təhsil müəssisəsinin layihələndirməsi başa çatıb, 18 müəssisədə isə layihələndirmə və tikinti işləri davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Azərbaycanda 47 təhsil müəssisəsinin tikinti-quraşdırılması həyata keçirilib — Fins.az — Fins.az