Ötən il 38,8 min ailəyə uşaq doğumuna görə müavinət verilib

Ötən il 38,8 min ailəyə uşaq doğumuna görə müavinət verilib

SOSİUM
375

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib. Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Məlumata görə, eyni dövrdə radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min nəfərə müalicə üçün, həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə birdəfəlik müavinətlər verilib.

Hesabata əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Qeyd olunub ki, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.

Bundan əlavə, müxtəlif kateqoriyalardan olan 406,9 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdlər təyin olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il 38,8 min ailəyə uşaq doğumuna görə müavinət verilib — Fins.az — Fins.az