Ötən il 18,4 min nəfər peşə hazırlığı proqramlarına cəlb olunub

Ötən il 18,4 min nəfər peşə hazırlığı proqramlarına cəlb olunub

SOSİUM
253

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, ötən il peşə hazırlığı proqramlarına ümumilikdə 18,4 min nəfər cəlb olunub. Onların 11,8 minini qadınlar təşkil edib.

Peşə hazırlığına cəlb olunan şəxslər arasında müxtəlif sosial qrupların nümayəndələri də yer alıb. Belə ki, 14–29 yaş arası 9,5 min nəfər gənc, 487 nəfər əlilliyi olan şəxs, 1,4 min nəfər keçmiş məcburi köçkün, 52 nəfər cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs, 332 nəfər müharibə iştirakçısı və 4 nəfər şəhid ailəsi üzvü peşə hazırlığı proqramlarında iştirak edib.

Hesabatda qeyd olunur ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində də məşğulluğun artırılması istiqamətində tədbirlər görülüb. Bu çərçivədə ərazi üzrə işəgötürənlərin tələblərinə uyğun bacarıqların formalaşdırılması məqsədilə 2025-ci ildə işğaldan azad edilmiş ərazilərə məskunlaşan şəxslərdən 152 nəfər peşə hazırlığına cəlb olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il 18,4 min nəfər peşə hazırlığı proqramlarına cəlb olunub — Fins.az — Fins.az