Ofis Meneceri - VAKANSİYA

Ofis Meneceri - VAKANSİYA

SOSİUM
312

Fins.az - Qafqaz Təhsil Mərkəzi vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • Şirkət adına ünvanlanmış elektron və kağız sənədləri qeydiyyata almaq və icraçılara təqdim etmək.

  • Göndərilən sənədləri qeydiyyata almaq və ünvanlarına göndərilməsini təmin etmək.

  • İcrada olan sənədlərin icra vəziyyəti statusuna nəzarət etmək. 

  • Vaxtı bitmiş sənədlərin arxivləşdirilməsini təmin etmək.

  • Daxil olan müraciətlərin qəbulu və həlli.

  • Ofisə gələn qonaqları qarşılamaq və yönləndirmək.

  • Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək.

  • İclas otağının və cavabdeh olduğu digər iş sahələrini iş üçün hazır vəziyyətdə saxlamaq.

  • İşçilərin xidməti görüşlərə dair qeydiyyat jurnalının doldurulmasına nəzarət etmək.

  • İşçilər üçün xidməti nəqliyyatı təşkil etmək və prosesin aylıq elektron hesabat cədvəlini aparmaq.

  • Vəzifə təlimatına uyğun digər işləri icra etmək. 

Namizədə olan tələblər 

  • Təhsil: Ali və ya orta ixtisas təhsili.

  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi ünsiyyət bacarıqları, təşkilatçılıq, təşəbbüskarlıq,komandada işləmə qabiliyyəti, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi.

  • Dil bilikləri: Azərbaycan , ingilis dili isə arzuolunandır.

  • Kompüter bacarıqları: Microsoft Office, Word və Excel proqramlarında işləmə bacarığı.

Əmək şəraitinin şərtləri

  • Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq 500-700 AZN.

  • İş vaxtı:  6 günlük iş həftəsi saat 10:00-dan 18:00-dək

  • Tibbi sığorta təminatı

  • İllik məzuniyyət hüququ

  • İş yeri Cəfər Cabbarlı 610, Kaspian Plaza yanı

Zəhmət olmasa, mövzu bölməsində “Ofis meneceri” qeyd etməklə CV-nizi qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərin. 

Müsahibəyə vakansiya tələblərinə uyğun gələn namizədlər dəvət olunacaqdır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ofis Meneceri - VAKANSİYA — Fins.az — Fins.az