Naxçıvanda sosial ödənişlər və pensiya təminatı artıb

Naxçıvanda sosial ödənişlər və pensiya təminatı artıb

SOSİUM
303

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlət sosial yardımı sahəsində artım dinamikası qeydə alınıb.

Fins.az-ın məlumatına görə, il ərzində bu yardımı alan ailələrin orta aylıq sayı 2 666 olub.

Məlumata əsasən, sosial yardımlardan faydalanan insanların ümumi sayı 11 852 nəfərə çatıb. Bu istiqamət üzrə dövlət büdcəsindən ümumilikdə 14 milyon manat vəsait ödənilib.

Statistik göstəricilər artım tempinin də yüksək olduğunu göstərir. Belə ki, 2024-cü illə müqayisədə yardım alan ailələrin sayı 45 faiz, benefisiarların sayı 46 faiz, ayrılan ümumi vəsait isə 33 faiz artıb.

Pensiya təminatı sahəsində də müsbət dinamika müşahidə olunub. Ötən il muxtar respublikada 45 457 nəfər pensiya alıb və onlara ümumilikdə 281,3 milyon manat vəsait köçürülüb. Eyni zamanda, 2025-ci il ərzində 2 872 nəfərə yeni əmək pensiyası təyin edilib.

Qeyd edilib ki, ilin əvvəlindən bütün pensiyalar 8,1 faiz indeksləşdirilib, sığortaolunan şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı isə 2,2 faiz artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda sosial ödənişlər və pensiya təminatı artıb — Fins.az — Fins.az