Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb

SOSİUM
1,068

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Fins.az-ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

©Apa

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb — Fins.az — Fins.az