
Naxçıvan əhalisinin sayı artdı
Naxçıvan əhalisinin sayında artım qeydə alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirib.
Komitənin 1 yanvar 2020-ci il tarixə olan məlumatına görə, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3 532 nəfər artıb. Hazırda muxtar respublika əhalisinin sayı 459 625 nəfərdir.