Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi - VAKANSİYA

Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi - VAKANSİYA

SOSİUM
549

Fins.az - ABB-İnvest İnvestisiya Şirkəti QSC Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

İş şəraiti:

  • Şəhər: Bakı

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)

  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Müştəri tərəfindən telefon və e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;

  • Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;

  • Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;

  • Qarşıya çıxmış problemləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti struktur və şəxslərə yönləndirmək;

  • Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirərək aidiyyəti üzrə yönləndirmək;

  • Görülən işlər üzrə hesabatların hazırlanması;

  • Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;

  • Müştəri ilə ünsiyyət qurma bacarığı;

  • Şifahi və yazılı formada fikirlərini ifadə etmək bacarığı;

  • Məsuliyyət, dəqiqlik və fəallıq;

  • Kompüter proqramları ilə işləmək bacarığı;

  • Azərbaycan dili – mükəmməl, rus dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə bilmək arzu olunandır;

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

  • Nəzakətlilik və peşəkar davranış;

  • Maliyyə sektorunda təcrübə üstünlükdür;

  • Yüksək öyrənmə və qavrama qabiliyyəti.

Müraciət qaydası:
CV-lərinizi göstərilən elektron poçt (
[email protected]) ünvanına göndərin. Mövzu sətrində “Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az