
Müştəri xidmətləri üzrə mütəxəssis - VAKANSİYA
Fins.az - Baku Holiday Travel şirkəti “Müştəri xidmətləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Müştəri xidmətləri üzrə mütəxəssis axtarırıq.
Namizədə tələblər
Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
Sahə üzrə ən az 1 il iş təcrübəsi;
Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
Problem həll etmə bacarığı;
Komanda ilə işləmək bacarığı və müstəqil olaraq tapşırıqları yerinə yetirmək bacarığı;
Məlumatların dəqiq və vaxtında emal olunması bacarığı;
Vəzifə öhdəlikləri
Müştəri xidmətlərinə gələn zənglərin cavablandırılması və sosial şəbəkələrdə olan
sorğuların idarə olunması;
Şirkətin rəsmi vebsaytından gələn rezervasiya müraciətlərinə dəstək və yönləndirmə
edilməsi;
Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
Müxtəlif sorğuların keçirilməsində iştirak edilməsi;
Daxil olan zəngləri danışıq skriptlərinə uyğun şəkildə cavablandırılması;
Müştərilərə məhsul və xidmətlər, eləcə də mövcud kampaniyalar haqqında düzgün və
dolğun məlumat verilməsi.;
Məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştərilərin müvafiq
qaydada yönləndirilməsi.
İş şəraiti
İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və növbəli gün;
İş saatı: 09:00 - 18:00; 10:00 - 19:00
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Turizm sahəsində karyera inkişaf imkanı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər:
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.