Mühərrik ustası vakansiyası

Mühərrik ustası vakansiyası

SOSİUM
145

Mühərrik ustası (minik və yüngül kommersiya avtomobili sahəsi üzrə)

Əmək haqqı: 1000 AZN

Tələblər:

-          Avtomobil sahəsində minimum 5 il iş təcrübəsi;

-          Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;

-          Komandada işləmək bacarığı;

-          Yaş həddi: 25–45.

Vəzifələr:

-          Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək;

-          Təhkim olunmuş əl alətlərini düzgün qaydada istifadə etmək;

-          Təhkim olunmuş əl alətlərini təmiz və səliqəli saxlamaq;

-          İstehsalçıların təmir texnologiyalarına riayət etmək;

-          Texniki dəstək üçün Baş mexanikə müraciət etmək;

-          Görülmüş işlər haqqında iş kartında qeydlər aparmaq;

-          Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq;

-          Daxili prosedurlara və nizam-intizam qaydalarına riayət etmək;

-          Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək;

-          İş yerini təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;

-          Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək;

-          Lazımi texniki dəstək üzrə prosedurlara riayət etmək;

-          Üst rəhbərinə görülən işlər barədə hesabat vermək;

-          Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etmək.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və ya rus dilində) mövzu hissəsində “Mühərrik ustası” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mühərrik ustası vakansiyası — Fins.az — Fins.az