Mühasibat uçotu üzrə aparıcı mütəxəssis / Maliyyə Departamenti - VAKANSİYA

Mühasibat uçotu üzrə aparıcı mütəxəssis / Maliyyə Departamenti - VAKANSİYA

SOSİUM
401

Fins.az - Premium Bank vakansiya ellan edir.

İşin təsviri:

  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının alınması;

  • Təh-təl hesab şəxslərlə hesablaşmalar;

  • Azqiymətli və tezköhnələn əşyaların balansdankənar hesablarda uçotu;

  • Bankın inzibati xərclərinin uçotu;

  • Bankın maddi və qeyri-maddi aktivlərinin inventarizasiyanın aparılması;

  • Bank əməkdaşlarına ezamiyyə haqqlarının ödənilməsi;

  • Əsas vəsaitlərin alınması və satılması, qeyri- maddi aktivlərin uçotu;

  • Bank tərəfindən icarəyə götürülmüş əmlaklar üzrə icarə haqlarının ödənilməsi;

  • Debitor və kreditorlarla hesablaşma;

  • Təchizatçılarla bağlanmış müqavilələrə uyğun hesablaşma;

  • Əsas vəsaitlər üzrə amortizasiya uçotunun aparılması;

  • Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası.

Namizədə dair tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

  • Bank mühasibatlıq və ya maliyyə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;

  • Bank mühasibatlığı, mühasibat uçotu standartları, Vergi Məcəlləsi və Mərkəzi Bankın normativ tələbləri üzrə praktiki biliklər;

  • Rus və ingilis dilləri arzuolunandır;

  • Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə);

  • Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı;

  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti.

Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasibat uçotu Aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mühasibat uçotu üzrə aparıcı mütəxəssis / Maliyyə Departamenti - VAKANSİYA — Fins.az — Fins.az