
Mühasib - VAKANSİYA
Fins.az - Consulting Company Mühasib vəzifəsinə vakansiya elan edir.
İş barədə məlumat
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
Vergi və mühasibat uçotunun aparılması
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların
Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
Debitor və kreditor hesablaşmaların aparılması
Əmək haqqı, məzuniyyətlərin hesablanması
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
Mal-materialların uçotunun aparılması
İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
İş şəraiti
İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaqdır.
Namizəd üçün tələblər
Təcrübə önəmli deyil
Ali təhsil
Mükəmməl EXCEL bilikləri
Mükəmməl Vergi Qanunvericiliyi bilikləri
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.