
Müəllif Nəzarətinin Aparılması Üzrə Mühəndis - VAKANSİYA
Fins.az - Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Tikinti obyektlərində qrafik üzrə müəllif nəzarətini aparmaq, yaranan sualları cavablandırmaq, podrat və subpodrat təşkilatlarla daimi əlaqədə olmaq;
Müəllif nəzarəti jurnalında qeydlərin aparılması və qeyd olunan iradların vaxtında aradan qaldırılmasını təmin etmək;
Müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatı tərəfindən müəllif nəzarətinin aparılması qaydalarını bilməsi;
Layihələri oxuma və tikinti obyektinin texnoloji, texniki həllərinin layihələrdəki həllərə uyğunluğunu yoxlama bacarığı;
Elektrik təchizatı və mühəndis komunikasıyası haqqında məlumatlı olması;
Binadaxili su təchizatı, kanalizasiya və yanğın əlehinə sistemlərinin quraşdırılması haqqında məlumatlı olması;
İsitmə, ventilyasiya və havanın kondisialaşdırılması üzrə məlumatlı olması;
Tikinti obyektində sənədləşmələrin aparılması haqqında ümumi məlumatın olması;
Həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər:
Ali təhsil (müvafiq sahədə);
Mühəndis vəzifəsində iş təcrübəsi (5 il);
Kompüter bilikləri - AutoCad, MS Office;
Tikinti norma və qaydalarına dair biliklər;
Layihələndirmə sistemlərini və metodlarını bilmək;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
İngilis və rus dillərini bilmək arzuolunandır.
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Maraqlanan namizədlər öz CV- lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.