Müavinət və Prezidentin aylıq təqaüdü ödənilən şəxslərin sayı açıqlandı

Müavinət və Prezidentin aylıq təqaüdü ödənilən şəxslərin sayı açıqlandı

SOSİUM
484

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edib.

Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla  475 mln. manat vəsait ödənilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Müavinət və Prezidentin aylıq təqaüdü ödənilən şəxslərin sayı açıqlandı — Fins.az — Fins.az