MSK daha 5 məntəqənin nəticələrini etibarsız saydı

MSK daha 5 məntəqənin nəticələrini etibarsız saydı

SOSİUM
864

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsindən namizəd Rəşad Qəribovun müraciətinə baxılıb.

Fins.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib. 

MSK üzvü bildirib ki, deputatlığa namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, 7, 18, 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olunub. Bunlardan ikisi təqdim edilən 2 protokol əsasında müəyyən edilib. Ona görə də araşdırma ilə əlaqədar olaraq, 5 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 5 seçki (7, 18, 20, 27 və 33 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MSK daha 5 məntəqənin nəticələrini etibarsız saydı — Fins.az — Fins.az