Moldovada “Novruz xonçası” kampaniyasına start verilir

Moldovada “Novruz xonçası” kampaniyasına start verilir

SOSİUM
418

Fins.az - Moldova Azərbaycanlıları Konqresi Novruz bayramı ənənələrinin təbliği məqsədilə yeni layihəyə başlayır.

Bildirilib ki, martın 16-dan etibarən həftəlik “Novruz xonçası” kampaniyasına start veriləcək. Kampaniya çərçivəsində Moldovada yaşayan 200 azərbaycanlı ailəyə “Novruz xonçası” hədiyyə olunacaq.

Qeyd olunub ki, Novruz bayramının əsas atributlarından biri xonçadır və o, bayram günü üçün əvvəlcədən hazırlanmalıdır. Xonça bəzəmək ənənəsi qədim dövrlərə gedib çıxır və bu barədə orta əsr mənbələrində də məlumat var. Xonçalar ailə üzvlərinin sayına uyğun şəkildə bəzədiləcək.

Layihənin məqsədi Novruzun milli adət-ənənələrini təbliğ etmək və onları yaşatmaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Moldovada “Novruz xonçası” kampaniyasına start verilir — Fins.az — Fins.az