
Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisi - VAKANSİYA
Fins.az - Bank Respublika ASC Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Təsvir
Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
Test case-lərin hazırlanması;
Manual testləri icra etmək;
Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
Tələblər
Ali təhsil;
Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
API testləri üzrə bilik (Postman, Swagger və ya digər vasitələrlə);
SQL sorğuları ilə işləmə bacarığı (verilənlər bazasında doğrulama üçün);
Jira, TestRail test idarəetmə alətləri ilə işləmə;
Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü - Tam ştat