MN: Hərbçilərin maaşlarına əlavələr bu ilin yanvar və fevral ayları üçün də ödəniləcək

MN: Hərbçilərin maaşlarına əlavələr bu ilin yanvar və fevral ayları üçün də ödəniləcək

SOSİUM
428

Müdafiə nazirinin hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilməsinə dair əmri cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil ediləcək.

Qeyd edək ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MN: Hərbçilərin maaşlarına əlavələr bu ilin yanvar və fevral ayları üçün də ödəniləcək — Fins.az — Fins.az