
Milli Məclisə gələn jurnalistlərdən tibbi maska taxmaq tələb olunur
Bu gün Milli Məclisin plenar iclası ilə əlaqədar parlamentə gələn jurnalistlər mütləq tibbi maska taxmalıdır.
Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd edilib ki, jurnalistlər plenar iclasda iştirak edərkən mütləq tibbi maskadan istifadə etməlidirlər.