Milli Məclis gələn ilin büdcə zərfini sonuncu oxunuşda müzakirə edir

Milli Məclis gələn ilin büdcə zərfini sonuncu oxunuşda müzakirə edir

SOSİUM
1,175

Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Fins.az xəbər verir ki, büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli Məclis gələn ilin büdcə zərfini sonuncu oxunuşda müzakirə edir — Fins.az — Fins.az