Mikro kreditlər üzrə qrup rəhbəri (Yasamal filialı) - VAKANSİYA

Mikro kreditlər üzrə qrup rəhbəri (Yasamal filialı) - VAKANSİYA

SOSİUM
630

Fins.az - Express Bank Mikro kreditlər üzrə qrup rəhbəri (Yasamal filialı) vəzifəsinə vakansiya elan edir.

Təsvir

  • Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edilməsi;

  • Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil edilməsi və icra olunmasına nəzarət edilməsi;

  • Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edilməsi;

  • Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak və öz rəyinin təqdim olunması;

  • Filialın mikro kreditlər portfelinin təhlil edilməsi, müvafiq hesabatların hazırlanması və portfelə nəzarət edilməsi;

  • Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsinin aparılması və bununla bağlı hesabatların (həftəlik) hazırlanması;

  • Mikro kredit sahəsi üçün təçrübəçilərin hazırlanmasında iştirak;

  • Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil;

  • Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;

  • Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;

  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

  • Təcrübə 3-4 il

  • Vəzifə dərəcəsi Mütəxəssis

  • Təhsil Bakalavr

İmtiyazlar

  • Tibbi sığorta

  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

  • Professional və maddi inkişaf perspektivləri;

  • Peşəkar korporativ mühitdə işləmək imkanı

Müraciət üçün:

https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-mikro-kreditler-uzre-qrup-rehberi-yasamal-filiali-55244?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikro kreditlər üzrə qrup rəhbəri (Yasamal filialı) - VAKANSİYA — Fins.az — Fins.az