Mikro kreditlər üzrə böyük mütəxəssis (Bakı və Sumqayıt filialları üzrə) - VAKANSİYA

Mikro kreditlər üzrə böyük mütəxəssis (Bakı və Sumqayıt filialları üzrə) - VAKANSİYA

SOSİUM
329

Fins.az - Express Bank vakansiya elan edir.

Təsvir

  • Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması;

  • Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması;

  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi;

  • Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması;

  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması;

  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması;

  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.

  • Aylıq satış planlarının yerinə yetirilməsi;

  • Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak;

  • Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək.

Tələblər

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə iş təcrübəsi;

  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;

  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;

  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

  • Təcrübə 3-4 il

  • Vəzifə dərəcəsi Mütəxəssis

  • Təhsil Bakalavr

İmtiyazlar

  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

  • Peşəkar korporativ mühitdə işləmək imkanı

  • Professional və maddi inkişaf perspektivləri;

  • Tibbi sığorta paketi

Müraciət et: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-mikro-kreditler-uzre-boyuk-mutexessis-baki-ve-sumqayit-filiallari-uzre-27709?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikro kreditlər üzrə böyük mütəxəssis (Bakı və Sumqayıt filialları üzrə) - VAKANSİYA — Fins.az — Fins.az